2023-cü ilin avqust ayı üçün apteklərdə keçirilmiş yoxlamaların nəticəsi
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi mütəmadi olaraq, aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatları vətəndaşların nəzərinə çatdırır.
Belə ki, 2023-cü ilin avqust ayı ərzində ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib. 3 aptek təşkilatında nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.