BFMQƏ qeydiyyatı

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Bioloji Fəallığa Malik Qida Əlavələrinin (BFMQƏ) ölkə ərazisində satışına, yalnız Dövlət Qeydiyyatına alındıqdan sonra icazə verilir. BFMQƏ-nin qeydiyyat prosesinə BFMQƏ-nin ekspertizası və sertifikasiyası aiddir.
Makromed MMC Azərbaycanda BFMQƏ-nin qeydiyyat xidmətini və həmçinin, preparatın BFMQƏ kimi qeydiyyatdan keçmə imkanını müəyyən etmək üçün inqrediyentlərin ilkin analizini həyata keçirir. Əczaçı mütəxəssislərimiz BFMQƏ-nin qeydiyyatı ,ekspertizası və sertifikasiyası prosesini bütün mərhələlərdə müşayiət edir.Preparatın BFMQƏ kimi qeydiyyatdan keçirmək imkanını müəyyən etmək üçün reqlamentə uyğun olaraq BFMQƏ-nin tərkibindəki inqrediyentlər analiz edilir. Doza və inqrediyentlərdə uyğunsuzluqlar müəyyən edilərsə, preparatın tərkibinə düzəlişlər etmək üçün istehsalçı və ya distributora tövsiyələr verilir.
BFMQƏ -nin qeydiyyatı ilə bağlı aşağıda göstərilən bütün xidmətlər peşəkar səviyyədə həyata keçirilir:

1. Qeydiyyat sənədlərinin ilkin ekspertizası;

2. BFMQƏ-nin tərkibindəki inqrediyentlərin və onların dozalarının analizi;

3. Yerli tələblərə uğun olaraq azərbaycan dilində “İstifadə üzrə təlimatın” hazırlanması;

4. Qanunvericiliyə uyğun olaraq “Qablama maketinin” hazırlanması;

5. Nümunələr üçün idxala icazənin alınması və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi;

6. Qeydiyyat dosyesi və nümunələr ekspertiza aparılması üçün Səhiyyə Nazirliyinin müvəkkil etdiyi Analitik Ekspertiza Mərkəzinə təqdim olunması;

7. Qeydiyyat prosesinin gedişatının izlənilməsi və müştərinin daim məlumatlandırılması;

8. Ekspertiza yekunlaşdıqdan sonra məhsula BFMQƏ statusu verilməsi haqda ekspert rəyinin alınması;

9. Ekspert rəyi əsasında Qida Təhlükəsizliyi Sertifikatı əldə etmək üçün sənədlərin Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunması.

BFMQƏ-nin qeydiyyatdan keçirilmə müddəti 1-1.5 ay təşkil edir.

A PHP Error was encountered

Severity: Core Warning

Message: PHP Startup: Unable to load dynamic library 'monarxprotect-php74.so' (tried: /opt/alt/php74/usr/lib64/php/modules/monarxprotect-php74.so (/opt/alt/php74/usr/lib64/php/modules/monarxprotect-php74.so: undefined symbol: ORIGINAL_execute_ex_before_block_main_file), /opt/alt/php74/usr/lib64/php/modules/monarxprotect-php74.so.so (/opt/alt/php74/usr/lib64/php/modules/monarxprotect-php74.so.so: cannot open shared object file: No such file or directory))

Filename: Unknown

Line Number: 0

Backtrace: