Küveytə səfər edəcək vətəndaşların nəzərinə! - Bu preparatları qəbul etsəniz, 5 ilədək azadlıqdan məhrum ediləcəksiniz.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən daxil olmuş məlumatı ictimailəşdirmək istərdik. Məlumatda bildirilmişdir ki, Azərbyacan Respublikasının Küveytdəki Səfirliyindən məlumat daxil olmuş və məlumatda Küveyt Höküməti tərəfindən 2 may 2021-ci il tarixində tətbiq edilən qaydalara əsasən həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunması və Daxili İşlər Nazirliyinin açıqlamasında isə yuxarıda qeyd olunan vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilməsi bildirilmişdir.