Makromed MMC Əczaçılığa dair təşkil olunmuş daha bir təlimdə !
Azərbaycanda Əczaçılığın inkişafına yönəlmiş bütün silsilə təlimlərdə iştirak edən, həmçinin öz mütəxəssis komandası ilə əczaçılığın ən maraqlı sahələrinə dair treyninqlər təşkil edən Makromed MMC , 10-12 iyun tarixlərində keçirilən “ Mən Əczaçıyam” adlı onlayn Vebinarda müxtəlif mözvular ətrafında çıxış etmişdir. “Makromed MMC" Əczaçılıq Konsaltinqi şirkətinin baş direktoru və təsisçisi “ Anar Lətifov , “Dərman Vasitələrinin topdansatışı” mövzusu haqqında geniş məlumat verərək, bu sahənin üstün cəhətləri , topdansatış müəssisələrinin strukturu, rəhbərlik və digər mövzuları izləyici kütləsinə izah etmişdir. “Makromed MMC” şirkətinin Biznesin İnkişafı Şöbəsinin Rəhbəri Ülviyyə Əzməmmədova isə “ Əczaçılıqda Marketinq Anlayışı” mövzusu çərçivəsində dərman preparatlarının həyat tsikli, əczaçılıq marketinqini digərlərindən fərqləndirən əsas cəhətləri və bu sahəyə aid digər mövzular haqqında təlimdə çıxış etmişdir.