V Beynəlxalq Elmi Konqres - “Əczaçılığın müasir problemləri”
23-24 aprel 2021-ci il tarixlərdə Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, Azərbaycanda ali əczaçılıq təhsilinin 80 illik yubileylərinə həsr edilmiş “Əczaçılığın müasir problemləri” mövzusunda V Beynəlxalq Elmi Konqresi keçirildi.
Azərbaycan Əczaçılar Assosiasiyasının təşkilatçılığı ilə onlayn formatda keçirilmiş Konqresdə dərman vasitələrinin standartlaşdırılması və keyfiyyətinə nəzarət; Yeni dərman maddələrinin sintezi; Əczaçılıq sənayesi məhsulları və istehsalın sertifikatlaşdırılması kimi mövzular müzakirə olunub. Bununla yanaşı, müasir dərman formalarının hazırlanma texnologiyası; biotexnoloji və immunobioloji istehsalın müasir texnologiyaları; əczaçılıq biotexnologiyası; təbii mənbələrdən bioloji fəal maddələrin alınması və tədqiqi; əczaçılıq toksikologiyası, zəhərli təsirə malik birləşmələrin kimyəvi-toksikoloji tədqiqi kimi maraqlı məsələlər barəsində məruzələr səsləndirilib. Tədbirdə əczaçılıq sahəsində dövlət siyasətini həyata keçirən qurumlar, özəl sektorun nümayəndələri, tədqiqatçılar, tədrislə məşğul olan professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Analitik Ekspertiza Mərkəzinin əməkdaşları həmçinin konqresdə iştirak etmiş, prezentasiyalar ilə çıxış etmişdilər. Mütəxəssislərin Əczaçılıq elminə daha dərindən yiyələnməsi və ixtisas üzrə daha da püxtələşməsinə şərait yaratmaq AEM rəhbərliyinin daim diqqəti mərkəzindədir. Elm uğruna atılan hər addım təqdirəlayiqdir. Tezislərin mövzuları:
- Ağayev E.M., Süleymanov M.Y., Əfəndiyev, Əfəndiyev R.V., Marinçenko Y.V – “Azərbaycanda əczaçılıq sənayesinin hazırki vəziyyəti və inkişaf perspektivləri”
- Süleymanov M.Y., Şükürov Ç.Y., Musayeva A.İ. – “Bortezomib 3.5 mq preparatında tert-butanolun qaz-xromatoqrafiyası ilə təyini”
- Süleymanov M.Y., Şükürov Ç.Y., Əzimov E.H. – “LAL-test və dərman vasitələrində pirogenliyin təyini zamanı onun istifadəsi”
- Şükürov Ç.Y. – “Antifunqal təsirə malik ditiokarbamatlara aid yeni maddələrin sintezi və toksikliyinin tədqiqi”
- Əli-zadə T.Ə – “Azərbaycanda dərman vasitələrinin təhlükəsizliyinin monitorinqi sisteminin vəziyyətinin öyrənilməsi və onun effektivliyinin optimallaşdırılması”
- Süleymanov M.Y., Əkbərova E.T. – “Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi
- Сулейманов М.Ю., Шюкуров Ч.Я., Фатуллаева Л.А. – «Сравнительный анализ инъекционной формы витамины В12 методами ВЭЖХ – УФД и УФ - спектроскопией»